• Azərbaycan (AZ)
  • English (UK)
  • Русский (RU)

Azərbaycan Respublikasında
Tailand Krallığının Fəxri Konsulluğu


TAİLANDA VİZA ALMAQ ÜÇÜN TƏLİMAT

Tailand Krallığının Fəxri Konsulluğu Tailanda qısamüddətli səfər etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycanda yaşayan (qeydiyyatdan kecən) digər ölkələrin vətəndaşlarına viza verir.
Viza üçün lazımi sənədlər bazar ertəsi, çərşənbə və cümə günləri saat 14.00-dən 16.00-dək qəbul edilir. Turist vizası almaq üçün Konsulluğa aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Pasport ,vaxtı ən azı altı ay qüvvədə olmalıdır
2. Bir şəkil, ölçüsü 3,5 x 4,5 sm ,son 6 ay müddətində çəkilmiş
3. Visa anket forması, lazımi qaydada doldurulub və imzalanmış
4. Tailanda və geriyə bilet rezervasiyası
5. Taylandda qalan bütün müddət ücün otel rezervasiyası
6. Maliyyə vəziyyəti barəsində informasiya, iş yerindən və bankdan arayış
7. Viza rüsumu (viza növündən asılı olaraq)

Lazım gələrsə, konsul ərizəçidən hər hansı bir əlavə sənədin təqdim olunmasını tələb etmək hüququna malikdir. Viza 5 iş günü ərzində verilir.
Əlavə suallar üçün aşagıdaki ünvanda yerləşən Tailand Krallıqının Konsulluğuna müraciət edə bilərsiniz: Izmir küç. 8, Hyatt Tower II - 1 mərtəbə,
E-mail: info@thaiconsulate.az

TEZ-TEZ VERİLƏN SUALLAR

Turist vizası ilə Taylandda nə qədər qala bilərəm?
Siz turist vizası ilə Taylandda ölkəyə girişdən sonra 60 gündən artıq olmamaq şərtilə qala bilərsiniz.
Mənim Taylanda ancaq bir tərəfli biletim var və geriye bileti orada yerində almağı planlaşdırıram. Bu halda turist vizasını ala bilərəmmi?
Xeyr, ala bilməzsiniz. Konsulluq Sizin viza alma müraciətinizi rədd edəcəkdir. Turist vizasının alınması üçün Siz iki tərəfli biletin ya özünü ya da bilet bronunu konsulluğa təqdim etməlisiniz.
Vizanı aldıqdan sonra Taylanda giriş edə bilərəmmi?
Adətən, bəli, amma 100% zəmanət verilmir. Konsulluq Taylanda giriş vizasını verir, ancaq ölkəyə giriş və qalma barədə son qərarı miqrasiya xidmətinin zabiti verir. Əgər O, Sizin Miqrasiya aktının B. E. 2522 (1979 ildən ) “girişə qadağalı” kategoriyaya aid olmanıza müəyyən səbəblər taparsa Taylanda girişə icazə verməyə bilər.
Mənim vizamın müddəti yaxınlarda bitir. Mən onu yeniləyə bilərəmmi?
Xeyr, Azərbaycandakı Kosulluq vizanı yeniləyə bilməz. Siz butun prosedurları keçib yeni viza almalısınız.
Konsulluq ekspres xidmətlər göstərirmi? Mən Taylanda biletimi son anda alıb, 1 gün ərzində viza ala bilərəmmi?
Xeyr, Konsulluq ekspres xidmətlər göstərmir, adi vaxtlarda vizanın verilmə müddəti 3 iş günüdür. Pik sezonlarda isə 5 iş günüdür.
Mənim aylıq maaşim 1000 manatdan azdır. Mən başqa gəlirlərimi də əlavə edə bilərəmmi?
Bəli, Siz bankda depozit hesabını da göstərməlisiniz.
Konsulluq vizanın ödənişini kredit kartları və ya bank köçürmələri ilə qəbul edirmi?
Xeyr, qəbul etmir. Ödəniş ancaq nəğd və ABŞ dollarındadır.
Əgər mən Taylanda səfərimi dekabra planlaşdırmışamsa, sentyabr ayında viza üçün müraciət edə bilərəmmi?
Biz vizanın 3 ay əvvəldən alınmasını tövsiyyə etmirik, çünki vizanın müddəti keçə bilər. (viza müddəti 3 aydır)
Pasportun müddəti ne vaxta kimi etibarlı olmalıdır?
Taylanda giris zamanı pasportun müddəti ən az 6 ay olmalıdır.
Viza verildikdən sonra pasportu mən şəxsən götürməliyəm?
Xeyr, buna ehtiyac yoxdur. Siz şəxsiyyət vəsiqəsini etibarlı adama versəniz O, əvəzinizdən pasportu götürə bilər.
XƏBƏRLƏR

Bakıda yerləşən Thailand Konsulluğu Thailanda viza vermir
10 Yanvar 2023
Bakıda yerləşən Thailand Konsulluğu Thailanda viza vermir. Viza almaq üçün Ankarada yerləşən Thailand Səfirliyinə müraciyət etmək lazındır. Məlumat üçün: www.thaiconsulate.az və www.ankara.thaiembassy.org
Tailand Krallığının Fəxri Konsulluğu elan etdi!
20 oktyabr 2015
Tayland Krallığının səfirliyi bildirir ki, Tayland höküməti 13 noyabr 2015-ci il tarixindən etibarən çoxdəfəli turist vizasına (METV) icazə verəcəkdir. Vizanın müddəti altı (6) ay, qalma müddəti isə altmış (60) günə kimi olacaqdır. Bu viza iki və ücdəfəli vizaları əvəz edəcəkdir.
Taylanda turizmin inkişafı üçün səfir Azərbaycan Respublikasının Prezidentini Taylanda dəvət etmişdir.
18 sentyabr 2015
İkitərəfli əlaqələrin güçləndirilməsi və Azərbaycan – Tayland arasında turizmin inkişafı məqsədilə Zati-aliləri cənab Tharit Charungvat, Taylandın Azərbaycan Respublikasındakı səfiri (Türkiyə rezidentliyi ilə) 14-18 sentyabr tarixlərində Azərbaycanın Xarici İşlər Nazirliyinin əməkdaşları, Mədəniyyət və Turizm Naziri, Milli Məclis üzvləri və bir sıra Azərbaycan media nümayəndələri ilə görüşmüşdür.
Tayland Azərbaycanla ticarət və turizm əlaqələrinin inkişafında maraqlıdır.
16 sentyabr 2015
“Azərbaycanla Tayland arasında ticarətin inkişafı üçün çoxlu imkanlar var ...”. Cənab Tharit Charungvat, Taylandın Azərbaycan Respublikasındakı səfiri (Türkiyə rezidentliyi ilə) 16 sentyabr 2015-ci ildə Trend agentliyinə eksklüziv müsahibə vermişdir.

BİZİMLƏ ƏLAQƏ


QALEREYA

TURİZM

TİBB

ALIŞ-VERİŞ

Top
Copyright © Yougrids 2025 All rights reserved. Custom Design by Youjoomla.com